Demo versiya — sınaq üçündür
yoxlat

Bal necə hesablanır

Hər məhsulun və iaşə obyektinin balı 0-dan 5-ə qədərdir. Bal yalnız ulduzların ortalaması deyil: rəyin mətnini süni intellekt oxuyur və onun müsbət, yoxsa mənfi olduğunu müəyyən edir.

Bir rəyin dəyəri

Rəyin dəyəri = 65% ulduz + 35% mətnin tonu. Məsələn, kimsə 5 ulduz verib, amma "köhnə idi, qoxu verirdi" yazıbsa, bu rəy balı 5 kimi yox, təxminən 3,6 kimi artırır.

Xarici platformalar

Google bağlantısı qoşulduqda restoran və kafelərin Google-dakı reytinqi və son rəyləri də nəzərə alınır. Belə rəylərin yanında mənbə kiçik hərflə göstərilir, məsələn (google). Xarici rəylərin çəkisi saytda yazılan rəydən azdır.

Az rəy olanda

Bir-iki rəy balı birdən 5-ə və ya 1-ə çıxarmasın deyə, bal rəy az olanda neytral 3-ə yaxın saxlanılır. Rəy artdıqca bal real ortalamaya yaxınlaşır.

Nə dərc olunmur

Belə rəylər nə saytda göstərilir, nə də bala daxil edilir. Xarici platformalardan gələn rəylər də eyni yoxlamadan keçir.

Məlumat mənbələri

Qida məhsullarının siyahısı idxal qeydlərindən, ictimai iaşə obyektləri isə AQTA reyestrindən götürülüb. Obyekt sahiblərinin şəxsi məlumatları saytda göstərilmir.